AATM Tvinninq layihəsi çərçivəsində Azərbaycan Ali Təhsilində Keyfiyyətin Təminatı üzrə Standartlar və Təılimatların (AzST) layihəsinin işlənib hazırlanmasına 2016-cı il aprel ayının sonlarında, Tvinninq layihəsinin ali təhsildə keyfiyyət təminatı üzrə aparıcı ekspertlərinin Bakıya səfəri zamanı başlanıldı. Layihə çərçivəsində AzST-nin layihəsinin hazırlanması üzrə əsas məsul ekspertlər Dr. Helka Kekäläinen, Dr. Heli Mattisen və Dr. Kirsi Hiltunendir.
Bakıya səfər çərçivəsində Tvinninq layihəsinin avropalı və azərbaycanlı rəhbərləri tərəfindən bir qrup azərbaycanlı mütəxəssisə 2017-ci ilin yazında Azərbaycanın üç pilot ali təhsil müəəssisəsində keçirilməsi nəzərdə tutulan qiymətləndirmələr üzrə təlimatların layihəsinin hazırlanması məqsədilə finlandiyalı və estoniyalı ekspertlərlə birlikdə İşçi Qrupda iştirak etmək təklif olundu. İşçi qrupun üzvlərinin seçimində həmin şəxslərin Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlarla və qiymətləndirmə ilə bağlı daha əvvəl bu layihə tərəfindən keçirilən təlimlərdə iştirak, eləcə də ingilis dili bilikləri (bu Tvinninq layihəsinin əsas dili ingilis dili hesab olunur) əsas kriteriya kimi götürüldü.
Pilot qiymətləndirmələrdən sonra qiymətləndirmə üzrə təlimatlara bu proses zamanı əldə olunan təcrübəyə əsaslanaraq düzəlişlər edilməsi gözlənilir. Yekun nəticə olaraq isə AATM Tvinninq layihəsi Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar adlı sənədlə bağlı öz tövsiyələrini verəcəkdir.
İşçi qrupun üzvləri aşağıdakılardan ibarətdir: